Dünya

Gürcüstanda kinoteatrların fəaliyyəti bərpa edilib

1 Aprel 2021 09:39
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə kinoteatr və uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə qoyulan qadağa götürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, həmin obyektlər ölkənin Səhiyyə Nazirliyinin müvafiq protokollarına uyğun fəaliyyətlərini bu gündən bərpa edə biləcəklər. Bundan başqa, qonşu ölkədə teatr tamaşalarının və idman tədbirlərinin keçirilməsinə qoyulan məhdudiyyət də ləğv edilib.

Qeyd edək ki, Gürcüstanda martın 15-dən teatrların, idman klublarının, həmçinin musiqi ansambllarının təlim və məşqlərini davam etdirməsinə icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.