5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrədə keçirilən Dünya Pendir Müsabiqəsində 5 minə yaxın pendir növü arasında birinci yerə İsveçrə istehsalı yetişmiş Gruyère layiq görülüb.
Milli.Az xəbər verir ki, münsiflər heyəti pendirin unikal aroması və uzun davam edən dadına görə ona tam bal verib.
Milli.Az xəbər verir ki, dağ südçülük təsərrüfatında istehsal olunan yetişmiş Gruyère, güclü aroması və balanslı quruluşu ilə rəqiblərini geridə qoyub. Münsiflər pendirin nadir rast gəlinən aromatik keçidləri və ağızda buraxdığı uzun dad profilinin qərarda həlledici rol oynadığını vurğulayıb.
Finalda pendiri dəyərləndirən britaniyalı mütəxəssis Perry Wakeman dadı belə təsvir edib: "Ağızda yağlı karamellə qovrulmuş şəkərin notları hiss olunur. Ədviyyat, meyvə və yüngül kömür dadının birləşməsi çoxqatlı bir aroma yaradır. Üç fərqli pendir dadandan sonra belə bu pendirin dadı hələ də damaqda qalırdı."
Dəyərləndirmə zamanı bütün pendirlər üzərində heç bir işarə olmayan ağ masalarda təqdim edilib. Manchego, Brie, Parmesan, Gouda kimi klassik növlərlə yanaşı, inək, qoyun, camış, dəvə və hətta eşşək südündən hazırlanan qeyri-adi pendirlər də yarışmada yer alıb. Bəzilərinin çiçəklərlə bəzədilmiş rəngli qabıqları belə münsiflərin diqqətini çəkib.
Gruyère istehsalçısı Pius Hitz ənənəvi istehsal balansını qorumaq üçün istehsal gücünü artırmağı düşünmədiklərini deyib. O, birinci yerin "illərin zəhmətinin qarşılığı" olduğunu bildirib.
Beynəlxalq nüfuza malik Dünya Pendir Müsabiqəsi hər il fərqli ölkədə təşkil olunur. 2026-cı il yarışması isə İspaniyanın Kordoba şəhərində keçiriləcək.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
XƏBƏR LENTİ
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycan təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək - XİN
-
Pezeşkian Rusiyaya gedəcək
-
Bu gün yola çıxan sürücülərə xəbərdarlıq edildi
-
Dünya bazarlarında neft bahalaşdı
-
Zaqatalada oğurluq edən şəxs tutuldu - (Video)
-
Trampdan neft və benzinlə bağlı açıqlama: Qiymətlər kəskin düşəcək
-
Bakıda FIFA U-15 dünya çempionatı start götürür
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir





