Hadisə

“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi danışdı - FOTO

24 Noyabr 2025 11:14
Baxış: 2 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən "AFEN Plaza" biznes mərkəzində güclü partlayış baş verib. 

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı plazanın sahibi Əbülfət Əliyev jurnalistlərə açıqlama verib.

O, partlayışın qaz sızmasından qaynaqlandığını deyir, lakin binada ümumiyyətlə qaz təchizatı olmadığını vurğulayıb:

"Hesab edirlər ki, hadisə qaz sızmasından baş verib. Amma bu binada qaz yoxdur" .

Ə.Əliyevin sözlərinə görə, problem ərazidə gedən yol-təmir işləri zamanı yaranıb. Plaza sahibinin iddiasına görə, binanın qarşısından keçən yeni çəkilmiş qaz xəttinə traktorlar zərər yetirib:

"Ərazidə böyük, plastik boru ilə magistral qaz xətti çəkilib. Traktorlar həmin xətti zədələyiblər. Görünür ki, yaxşı bərpa olunmayıb. Nəticədə qaz yeraltı olaraq binaya sızıb" .

O bildirib ki, sızan qaz zirzəmidə toplanıb və səhər saatlarında işçilərdən biri işığı yandırdığı anda partlayış baş verib.

Hazırda ərazidə araşdırmalar davam edir. Rəsmi qurumların dəqiq səbəblə bağlı açıqlaması gözlənilir.

Qeyd edək ki, TƏBİB-in ilkin məlumatına görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.