Türkiyə

Gecəyarısı İstanbul səmasında naməlum obyekt görüntüləndi - FOTO

24 Noyabr 2025 11:12
Baxış: 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda gecəyarısı qeyri-adi səma hadisəsi müşahidə edilib.

Milli.Az xəbər verir ki, şəhərin bir neçə rayonunda sakinlər səmada qəfildən parlayan naməlum işıq görüb və həmin anları mobil telefonları ilə qeydə alıblar. Görüntülərdə parlaq cismin qısa müddət ərzində hərəkət etdiyi və daha sonra sürətlə yoxa çıxdığı görünür.

Hadisə DHA tərəfindən də paylaşılan məlumatlarla təsdiqlənib.

Şahidlər işığın bir anda peyda olduğunu, sanki parlayaraq səma boyunca hərəkət etdiyini bildiriblər. Qısa müddət davam edən bu mənzərə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bununla belə, hadisənin dəqiq olaraq nə olduğu barədə rəsmi açıqlama hələlik verilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.