Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq.
Milli.Az xəbər verir ki, Milli.Məclisin deputatı Vüqar Bayramov bildirib ki, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.
Bu 2025-ci illə müqayisədə 65.0 faiz artım deməkdir.
Bəs, bu vəsaiti kimlər ala biləcək?
Deputatın sözlərinə görə, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub:
"Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir".
Pulu almaq üçün necə müraciət etməli?
V.Bayramov qeyd edib ki, sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.
Əlavə edib ki, müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir:
"Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
XƏBƏR LENTİ
-
Hər bölümdən milyonlar qazanırlar - Qiymət
-
Nazim Qasımzadəyə vəzifə verildi
-
Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Emin Əmrullayev
-
İcra başçısının yaxın qohumu işdən çıxarıldı - (Foto)
-
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
25 il əvvəl törədilmiş qətlin üstü açıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb
-
"Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir"
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Nəfəsin canlı ifası müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Ərəbistan Müdafiə Nazirliyinin binası vuruldu
-
Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)
-
Sədərəyə güclü dolu yağdı - (Video)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
Qarabağda mina basdırılan ərazilər müəyyənləşdirilir - (Foto)





