Daşınmaz əmlak bazarında böhran başlayıb: Qiymətlər UCUZLAŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb.
Milli.Az xəbər verir ki, ekspertlərin fikirlərinə görə hazırda daşınmaz əmlak bazarında əvvəlki illərlə müqayisədə durğunluqdur.
Ötən ay Bakıda bir kvadratmetri 3200 manata verilən mənzil artıq 2800-ə verilir, 3500-ə satılan mənzillər isə artıq 2800-ə düşüb.
İqtisadçı Fərhad Pərvizi bunu mənzillərin satılmamsı ilə əqaləndirir:
"Ona görə də növbəti üç ildə iri investisiyalar etməyi ağıllı hesab etmirəm. Amma ev lazımdırsa ev mütləq alın. Mənim qayda ondan ibarətdir ki, MTK-ın satdığı qiymətin üçdə biri qədər endirimə almalısız. Məsələn 3000-ə satırlarsa 2000 ala bilərsiniz. MTK sizi manipulyasiya edir. Hər dəfə 50 manat, 100 manat qiymətləri qaldırır. Statistikaya əsasən, əmlak alqı-satqısı ötən illə müqayisədə kəskin azalıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Milli.Az-a açıqlamasında bildirib ki, artıq 3 aydan çoxdur ki, əmlak bazarında müşahidə olunan durğunluq daha çox paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə davam edir. Onun sözlərinə görə, bunun əksinə olaraq, Bakıətrafı zonalarda, xüsusən də ucuz yaşayış evlərinə tələbat nisbətən yüksəkdir. Ekspert qeyd edib ki, bunun əsas səbəblərdən biri hazırda Bakının mərkəzi ərazilərində aparılan söküntü işləridir.
Nəzərə çatdırıb ki, söküntü dövlət tərəfindən həyata keçirildiyi üçün vətəndaşların mənzilləri qiymətləndirilib onlara pul şəklində kompensasiya verilir:
"Lakin həmin kompensasiyalar mərkəz ərazilərindəki mənzillərin kvadratı kiçik olduğu üçün vətəndaşlara nisbətən aşağı məbləğdə ödənilir. Bu səbəbdən insanlar həmin vəsaitlə paytaxtın mərkəzində yenidən mənzil almaqda çətinlik çəkirlər. Əksinə, Bakıətrafı ərazilərdə həmin məbləğə daha böyük sahəsi olan fərdi yaşayış evləri və ya mənzillər almaq mümkündür".
E.Fərzəliyev vurğulayıb ki, mərkəzdəki durğunluq artıq qiymətlərin sabitləşməsinə səbəb olub. Proses bu şəkildə davam edərsə, bazarda qiymətlərin enməsi də istisna edilmir:
"Digər tərəfdən, Bakıətrafı ərazilərdə xüsusən Xırdalan və Masazır kimi sıx yaşayış məntəqələrində artan tıxaclar və kommunal problemlər sakinləri narahat edir. Bu səbəbdən həmin zonalarda insanlar evlərini kütləvi şəkildə satışa çıxarmağa başlayıblar. Bazara çoxlu sayda mənzil çıxması rəqabəti artırır və buna görə də qiymətlərin sabit qalması müşahidə olunur".
Hesab edir ki, yaxın gələcəkdə durğunluq davam edərsə, əmlak bazarında qiymətlərin enməsi qaçılmaz ola bilər.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





