Hadisə

8 il əvvəl noyabr ayında və indi - “AFEN PLAZA” niyə yanır?

24 Noyabr 2025 10:49
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda partlayış baş verən "AFEN PLAZA" biznes mərkəzində 8 il əvvəl də oxşar hadisə yaşanıb.

Milli.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, 2017-ci il noyabrın 10-da biznes mərkəzinin dam örtüyü yanıb.

Həmin vaxt da hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub, binadakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb.

FHN-nin həmin vaxt yaydığı məlumatda deyilir: "Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli "AFEN PLAZA" biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.