Dünya

Rusiya sülhməramlıları Kəlbəcərə 180 ton yük çatdırııb

24 Fevral 2021 11:49
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 25 yük avtomobilindən ibarət 180 ton yükün çatdırılmasını təmin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 25 hərbi yük avtomobilindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin dördüncü karvanı 180 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.

"Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib", - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.