Dünya

Türkiyə və ABŞ donanmaları Qara dənizdə birgə təlimlər keçirir

10 Fevral 2021 19:24
Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və ABŞ dəniz qüvvələri Qara dənizdə birgə təlimlər keçiriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Türkiyə donanmasına məxsus "Turgutreis" və "Oruçreis" freqatları, ABŞ-ın "Porter" və "Donald Cook" döyüş gəmiləri, həmçinin Türk Hava Qüvvələrinin "F-16" təyyarələri və ABŞ-ın dəniz patrul təyyarələri iştirak edib.

Təlimin məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin qarşılıqlı fəaliyyətini gücləndirmək, habelə birgə əks-həmlə bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, Türkiyə bölgədə sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə 1 mart 2004-cü ildən bu günə qədər "Qara dəniz harmoniyası" əməliyyatlarını davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.