Dünya

Gürcüstan paytaxtında restoran sahibləri onlayn çatdırılma xidmətindən imtina ediblər

31 Yanvar 2021 19:16
Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda restoran sahibləri hökumətin bu sahənin bağlı saxlanılması ilə bağlı qərarına etiraz edirlər. Paytaxt Tbilisidə 86 restoran yanvarın 30-dan etibarən 24 saat çatdırılma xidmətini dayandırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Restoranlar Dərnəyinin rəhbəri Şota Burcanadze bildirib.

Onun sözlərinə görə, vəziyyət artıq dözülməz hala çatıb. Məhdudiyyətlər səbəbindən ölkə sosial partlayış astanasındadır. Müəssisələr iflasa uğrayır, ümumi işsizlik hökm sürür. Problemlərin öhdəsindən gəlmək üçün təsirli addımlar atılmır. Hökumət mövcud problemləri səhv qiymətləndirir.

"Buna etiraz olaraq onlayn xidmətlərdən istifadəni rədd edirik", - deyə Şota Burcanadze vurğulayıb.

Bununla yanaşı, restoranlar şəbəkəsinin üzvləri hökumət evinin qarşısında dinc etiraz aksiyası keçirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.