Mədəniyyət

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ilk dəfə - NEON TAMAŞA! - VİDEO

3 Noyabr 2025 18:41
Baxış: 300
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni layihəyə start verir.

Belə ki, 28 noyabr tarixində teatrın səhnəsində ilk dəfə olaraq neon tamaşa - "Bir Dəniz Hekayəsi" təqdim olunacaq.

Bu unikal səhnə layihəsi dənizin sükutunda gizlənən duyğuları işıq, rəqs və musiqinin harmoniyası ilə birləşdirərək tamaşaçıya həm vizual, həm də emosional təcrübə bəxş etməyi hədəfləyir. Neon işıqların və müasir səhnə texnologiyalarının müşayiəti ilə qurulan tamaşa dəniz mövzusunu simvolik səviyyədə təqdim edir - insanın daxili dünyası, sakitlik və dalğalanan hisslərin bədii ifadəsi kimi.

Tamaşa iki seansda nümayiş olunacaq:
I seans: 19:00
II seans: 20:30

"Bir Dəniz Hekayəsi" yalnız izlənilən deyil, yaşanan bir səhnə hadisəsidir. Bu layihə teatr sənətində musiqi, rəqs və vizual estetikanın yeni bir sintezini təqdim etməklə tamaşaçılara fərqli teatr təcrübəsi qazandıracaq.

Biletləri https://iticket.az/events/theatre/a-sea-story2025 və şəhərin kassalarından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.