Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilən Eldar Əmirovun 3 il əvvəl də həbs edildiyi məlum olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Qurban oğlu Əmirov həmin vaxt inzibati xətada təqsirli bilinib.
E.Əmirov 2022-ci ilin fevralında Yasamal Məhkəməsinin qərarı ilə 30 sutkalıq azadlıqdan məhrum edilib və 1 ay sonra azadlığa çıxıb.
Bu dəfə isə E.Əmirov daha ağır ittihamlarla həbs olunub. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub. Son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
Milli.Az





