Ölkə

Gəncədə qəzada ölən şəxslərin FOTOları - YENİLƏNİB

3 Noyabr 2025 19:34
Baxış: 1 113
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, dünən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş.

O, Göygöl rayon Qızılca kənd Rafiq Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alırmış.

------

Xəbər verdiyimiz kimi, Bakı-Qazax avtomagistralının Göygöl rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı minik maşını idarəetmədən çıxıb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra yolun kənarına aşıb. Nəticədə minik maşını sürücüsü - Göygöl rayonun Yeni Qızılca kənd sakini avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Elvin Məmmədov və 2009-cu il təvəllüdlü İsbi Alıyev hadisə yerində ölüblər.

2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Qəzada həyatlarını itirən Elvin və İsbinin fotolarını təqdim edirik:

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.