Rulet-tort resepti - üzünüzü ağ edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yumşaq xəmiri və ləzzətli kremi ilə süfrələrin sevimlisi olan rulet tort həm asan hazırlanması, həm də möhtəşəm görünüşü ilə ideal bir desert seçimidir. Qonaqlarınızı heyran etmək və ya çay saatını daha xüsusi etmək istəyirsinizsə, bu rulet tort resepti tam sizlikdir!
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Xəmir üçün:
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
1 paket vanilin
1 çay qaşığı qabartma tozu
Krem üçün:
2 stəkan süd
3 yemək qaşığı un
2 yemək qaşığı buğda nişastası
4 yemək qaşığı şəkər tozu
1 ədəd yumurta sarısı
1 çay qaşığı kərə yağı
1 paket vanilin
Üzəri üçün:
Pudra şəkəri və ya şokolad sousu
Dilimlənmiş meyvə və ya rəndələnmiş şokolad
Hazırlanma Qaydası
Yumurta və şəkəri mikserlə ağarıb köpüklənənə qədər çalın.
Unu, qabartma tozunu və vanilini ələyib qarışığa əlavə edin.
Spatula ilə yüngülcə qarışdırın və xəmiri yağlı kağız sərilmiş soba sinisinə tökün.
Əvvəlcədən 180°C-də qızdırılmış sobada 12-15 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra biskviti təmiz mətbəx dəsmalının üzərinə qoyun, üzərinə azca şəkər səpin və isti-isti rulet şəklində bükün.
Krem üçün süd, un, nişasta, şəkər və yumurta sarısını bir qazanda qatılaşana qədər bişirin.
Ocaqdan götürüb kərə yağı və vanil əlavə edin, soyuyana qədər qarışdırın.
Soyumuş biskviti açın, kremi üzərinə yayın və yenidən rulet halına gətirin.
Streç plyonka ilə büküb 1-2 saat soyuducuda saxlayın.
Dilimləyib üzərinə pudra şəkəri, meyvə və ya şokolad sousu əlavə edərək servis edin.
Servis Tövsiyələri
Dilimlərin üzərinə təravətli meyvələr (çiyələk, banan, kivi) əlavə edin.
Yaz aylarında yanında bir top vanil və ya şokolad dondurma ilə təqdim edin.
Xüsusi dəvətlərdə nazik dilimlər kəsərək fərdi porsiyalar şəklində servis edə bilərsiniz.
İpucuları
Pandispanyanı sobadan çıxardıqdan dərhal sonra rulo şəklinə salın; soyuduqda qırılma riski yaranar.
Kremi isti-isti çəkməyin, soyumasını gözləyin.
Tortu soyuducuda ən azı 1-2 saat saxlayın ki, krem bərkisin və kəsimii asan olsun.
Streçlə bükmək həm formasını qoruyar, həm də krem və biskvitin dadını birləşdirər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Yumurtanı rahat soymağın sirri
XƏBƏR LENTİ
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
-
Yavər Şıxəliyev vəfat etdi
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
"Qalatasaray"ı Fransada ordunun xüsusi təyinatlıları qoruyacaq
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
-
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
-
Sabah Astarada qaz olmayacaq
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq





