Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib.
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, mərhum Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Fərqanə Abbasova infarktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin qəsd etməsi ilə bağlı iddialar irəli sürüb. Abbasovanın yaxınları bu xəbərlərini yalanlayıblar.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb.
Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.
Milli.Az





