İdman

“50 manatdan aşağı bilet yoxdur” - VİDEO

4 Noyabr 2025 00:23
Baxış: 861
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarıldığı an bir neçə saniyə ərzində satılıb.

"Qafqazinfo"nun məlumatına görə, sözügedən problemdən sonra biletlər "qara bazar"da 2-3 dəfə baha qiymətə təklif olunur:

"10 manatlıq bileti 35 manata satırlar. Oyun müddəti yaxınlaşdıqca qiymətlər daha da qalxır. İndi 10 manatlıq bileti 50-dən aşağı satan yoxdur".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, neqativ halların qarşısını almaq üçün polis tərəfindən tədbirlər görülür.

Xatırladaq ki, bundan öncə "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev də vurğulamışdı ki, qanunsuz bilet satışı klub və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.