Ev heyvanı ilə eyni yataqda yatanlara ciddi xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox insan gecələr pişiyi və ya iti ilə yatmağı rahatlaşdırıcı hesab edir. Onların istiliyi və sakit nəfəsi bəzən ən gözəl yuxu yoldaşı kimi görünür. Lakin baytar mütəxəssislər xəbərdarlıq edir: bu vərdiş hər zaman zərərsiz deyil.
Milli.Az xəbər verir ki, baytar həkim Pablo Antonio Olmedo deyib ki, heyvanlarla eyni yataqda yatmaq insan psixologiyasına müsbət təsir göstərir:
"Bir it və ya pişiklə yatmaq stresi və narahatlığı azaldır, yuxunu yaxşılaşdırır və emosional bağları gücləndirir. Onların nəfəs ritmi və bədən istiliyi insana sakitləşdirici təsir edir."
Olmedoya görə, bu yaxınlıq xoşbəxtlik hormonunu artırır, stress hormonu olan kortizolu azaldır, insanın özünü daha rahat və güvəndə hiss etməsinə səbəb olur.
ABŞ-ın Milli Yuxu Fondu və Amerika Psixiatriya Assosiasiyası (APA) bildirir ki, ev heyvanları ilə təmas təkliyin təsirini azaldır və insanların özlərini daha güvənli hiss etmələrinə kömək edir.
Vaşinqton Universitetində aparılan bir araşdırma isə göstərib ki, bir iti və ya pişiyi cəmi 10 dəqiqə sığallamaq kortizol səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Amma bütün bu müsbət tərəflərə baxmayaraq, mütəxəssislər yuxu keyfiyyətinə diqqət yetirməyi məsləhət görürlər. Amerika Yuxu Tibb Akademiyasına görə, ev heyvanları ilə eyni yataqda yatan insanların üçdə biri gecə yuxusunun bölündüyünü deyib.
Pişik və itlər fərqli yuxu ritmlərinə malikdir və gecə hərəkət edib səs çıxara bilirlər ki, bu da insan yuxusuna mənfi təsir edir.
Əgər heyvanın peyvəndləri tam deyil və ya parazit müalicəsi vaxtında aparılmırsa, bu, bakteriya, allergen və ya parazit riski yarada bilər. Alergiyası və ya astması olan şəxslərdə tük və toz simptomları ağırlaşdıra bilər.
Mayo Clinic isə bildirir ki, bu risklər müntəzəm baytar nəzarəti, təmizlik və yataq dəstlərinin tez-tez yuyulması ilə minimuma endirilə bilər.
"Ev heyvanınızla eyni otaqda, amma fərqli yataqda yatın."
Beləcə həm emosional bağ qorunur, həm də yuxu və sağlamlıq keyfiyyəti pozulmur. Ancaq hər bir insan və heyvan fərqlidir - ona görə də ən doğru qərar, həm sizin, həm də tüklü dostunuzun rahatlığını və sağlamlığını nəzərə alan qərardır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”





