Tanınmış xanəndə və idmançı Pərviz Qasımov toyda muğam oxuduğu və müzakirə yaradan geyim tərzindən danışıb.
Milli.Az xəbər verir ki, o, Əməkdar artist Babək Niftəliyevin bu barədə sözlərinin cavabını verib.
"O sözü başqası desəydi, qarşımda 2 dəqiqə tab gətirə bilməzdi. Həmin adama başqa cür problem olardı. Təkbətək çağırıb necə lazımdırsa, sözümü deyərdim. Heç qabağımda səsini də çıxara bilməzdi. Ancaq Babək mənim böyük qardaşımdır. Xətrini dünyalar qədər çox istəyirəm.
Mənim kimi dünyada adam göstərin ki, sənəti və idmanı ilə uğur qazana bilsin. Kim deyirsə, muğamımız kostyudan ibarətdir, üzümü onlara tuturam. O kostyumla müəyyən edilmir. Kişinin sambalı DNK-sıdır. Qanında daşıdığı qeyrətidir. Kostyumla min hoqqadan çıxan xanəndələr var, danışmaq istəmirəm. Belə də yarışdan qayıdım, xanəndə kimi sözümü deyən sənətkaram. AZTV-nin qızıl fondunda yazılmış dəstkahlarım var. İstənilən sənətkar meydanda gəlib, mənimlə canlı oxusun. "Şahnaz" "Mənsuriyyə", hansı muğamı istəyirsə, oxuyaq. Ritmik, ən çətin muğamları mən oxumuşam".
Xatırladaq ki, Pərviz Qasımovun məclislərin birində idman geyimində muğam oxuduğu kadrlar yayılmışdı.
Hüseyn
Milli.Az





