ABŞ Prezidenti Donald Tramp Kremlin və Çin rəhbərlərini "sərt və ağıllı liderlər" adlandırıb və onlarla münasibətdə maksimum ciddilik göstərilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, bu liderlərlə danışıqlar "asan deyil" və hər ikisini "ciddi rəqib" hesab edir.
Milli.Az xəbər verir ki, "60 dəqiqə" proqramına müsahibəsində Trampdan soruşulub ki, Rusiya, yoxsa Çin lideri ilə danışıqlar aparmaq daha çətindir. Prezident cavabında deyib ki, hər iki liderlə danışıqlar çətin keçir:
"Hər ikisi sərtdir. Hər ikisi ağıllıdır. Hər ikisi çox güclü liderlərdir. Onlarla zarafat etmək olmaz. Onları çox ciddi qəbul etmək lazımdır. Onlar gəlib 'bu gün hava necə gözəldir, günəş necə parlayır' kimi sözlər demirlər. Bunlar ciddi insanlardır. Sərt və ağıllı liderlərdir," - Tramp bildirib.
Fidan
Milli.Az





