Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o, gedə bilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir, ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi?
Mövcud qanunvericiliyə görə, ev dustaqları (elektron qolbaqla ev dustaqlığında olan şəxslər) müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər, lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır.
Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə təsir edə bilərsə, həmin təmaslara icazə verilmir.
Əgər şəxsə konkret qadağalar qoyulubsa (məsələn, evə gələnlərin siyahısı məhdudlaşdırılıbsa), bu zaman yalnız icazə verilən şəxslərlə görüşmək mümkündür.
Ramiz Mehdiyevin ağır dövləti cinayətlərdə ittiham olunduğunu nəzərə alsaq, onunla görüşə icazə verilən şəxslərin siyahısının məhdud olduğunu düşünmək olar.
Savashmedia.az -ın əldə etdiyi məlumata görə Ramiz Mehdiyev ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir. Həyat yoldaşı Qalina Mehdiyevanın da onun yanında olduğu bildirilir.
Övladlarına gəlincə isə onların heç birinə Ramiz Mehdiyevlə görüş icazəsi verilməyib.
Sabiq PA rəhbərinin qaldığı evə giriş izni olan yeganə şəxs isə Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisidir. Bütün alış-veriş və bazarlıq işlərini də onun həyata keçirdiyi bildirilir.
Xatırladaq ki, bir müddət öncə mediaya açıqlama verən mühafizəçi bunu təsdiqləmiş və evin bazarlıq işləri ilə məşğul olduğunu demişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” (Foto)
-
Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa
-
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
-
Tanınmış vəkilə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
XƏBƏR LENTİ
-
Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” (Foto)
-
Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa
-
Le Penin partiyasının qərargahında axtarış - Məxfi məlumatlar ötürülüb?
-
"Real" 80 milyona Messinin davamçısını alacaq
-
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
-
Tanınmış vəkilə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
-
Azərbaycan və Vyetnam iqtisadi möcüzəyə imza atıblar - Trend-in xüsusi müxbirinin reportajı - (Video)
-
Gürcüstanda matəm elan olundu
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Elman Əhmədov vəfat etdi
-
“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)
-
Seda Sayan: “Bacımın ərinin xəyanət etdiyi qadını tapıb evə gətirdim"
-
Azərbaycan nefti bahalaşdı
-
“Atlant”ın rəhbəri vəfat etdi
-
Fransada antisemitizm təhlükəsi böyüyür - Yəhudilər ölkədən köçməyə hazırlaşır
-
Karles Puyola vəzifə verildi





