Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci Operativ Reaksiya Korpusu Pokrovsk istiqamətində bir neçə məhəllədə mövqelərini gücləndirib.
Milli.Az xəbər verir ki, məlumata görə, hücum qruplarının sayı artırılıb, eyni zamanda düşmənin logistika xətləri bloklanır və atəş nəzarəti altında saxlanılır.
Son bir həftə ərzində Rusiya Ordusunun 85 hərbçisi məhv edilib, oktyabr ayı ərzində isə ümumilikdə 1320 rusiyalı zərərsizləşdirilib, 646 nəfər yaralanıb.
Asya
Milli.Az





