Dünya

Mixael Şumaxer yenidən əməliyyat olunacaq

10 İyun 2020 21:03
Baxış: 1 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onun üzərində ürək toxumasına kök hüceyrələrinin daxil edilməsi üzrə eksperimental əməliyyat keçiriləcək.

Mütəxəssislərin fikrincə, bu, idmançının əsəb sisteminin bərpasına yönəlib. M.Şumaxer ötən ilin sentyabrında da bu cür əməliyyat keçirmişdi.

Qeyd edək ki, sabiq Formula 1 pilotu 2013-cü ilin dekabrında xizək sürərkən kəllə-beyin travması almış və uzunmüddətli komaya düşmüşdü. Son dövrlədə M.Şumaxerin komadan ayıldığı bildirilsə də, sağlamlığında hər hansı bir irəliləyişin olmadığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.