Dünya

Koronavirusa qarşı İMMUNİTET necə formalaşa bilər?

3 Aprel 2020 10:49
0 Şərh     Baxış: 2 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus artıq qlobal pandemiyaya çevrilib. Xəstəlik sürətlə yayıldığı üçün immunitetin meydana gəlməsi ilə bağlı dəqiq məlumatlar və statistika mövcud deyil. Lakin digər növ koronaviruslara qarşı immunitetin yaranması haqqında məlumatlar var.

Milli.Az xəbər verir ki, mütəxəssislər koronavirusa qarşı immunitetin və vaksinlərin olub-olmaması barədə geniş məlumat verib. Ekspertlər infeksiyaya qarşı immunitetin necə yarandığını açıqlayıb.

Xəstəliklə mübarizədə insan hüceyrə immunitetini inkişaf etdirir və infeksiyanın təkrarlanması nadir hallarda baş verir, yaxud da daha yüngül formada keçirir. Lakin COVID-19 kifayət qədər tez mutasiya edir, odur ki, dəyişikliklərə uyğunlaşmaq üçün bədənin vaxtı olmaya bilər. Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Elena Malinnikovanın sözlərinə görə, koronavirusa yenidən yoluxma halları mümkündür. Artıq xəstələnən insanın eyni virusun digər variantlarına yoluxmasının mümkün olduğuna dair dəlil var.

İnsanın koronavirusa qarşı immuniteti varmı?

"Bədən bu növ koronavirusa qarşı immunitetə sahib deyil. İnfeksiya orqanizmə tanış olmadığı üçün dərhal tanımır, odur ki, hər kəs xəstələnə bilər. Ancaq çaxnaşma yaratmaq və təşvişə qapılmaq lazım deyil. Eyni sxem bir çox digər viruslara da aiddir. Məsələn, qrip peyvəndi hər il vurulur, çünki virus mutasiyaya uğrayır və köhnə peyvəndin artıq heç bir təsiri qalmır. Hətta bu tədbir də tam immunitetə zəmanət vermir - qripə yoluxa bilərsiniz, ancaq daha yüngül formada xəstələnəcəksiniz", - deyə biotexnoloq Denis Yudçits Rusiya mətbuatına açıqlamasında bildirib.

Bu cür infeksiyalara qarşı ya xəstəlikdən sonra, ya da peyvənd yolu ilə sabit immunitet meydana gəlmir. Ancaq heç bir xroniki xəstəliyi olmayan insan dəyişməmiş koronavirusa yenidən yoluxarsa, immuniteti ona qarşı daha çox müqavimət göstərir. Qarışıq patologiyalar (ürək xəstəlikləri, immunitet zəifliyi) olduğu halda, eyni virusa yenidən yoluxma ehtimalı yüksəkdir.

Praktik olaraq kollektiv immunitet inkişaf etdirilməyincə, insanlar bu virusa yoluxmağa davam edəcək. Bəzi insanların xəstəliyə tutulmaq ehtimalı on qat daha azdır, lakin virusa qarşı xüsusi immunitet olması səbəbindən deyil, sadəcə orqanizmi daha güclüdür. İnsan nə qədər gəncdirsə, onun üçün risk o qədər azdır. Əksər hallarda uşaqlarda və gənclərdə koronavirus infeksiyası heç bir ağırlaşma olmadan davam edir.

Yaşlı insanlarda bədən zəifləyir və bir çox xroniki xəstəliklər koronavirusun gedişatını pisləşdirir. 60 yaşdan yuxarı şəxslərdə ən yüksək ölüm nisbəti 80%-dir. Əksəriyyətində əvvəlcədən ciddi ağciyər və ürək problemləri olur.

Koronavirusa qarşı immunitet necə yarana bilər?

Koronavirusa qarşı immunitet prinsipi digər oxşar viruslarla eynidır. İmmun sistemi bədənin genetik quruluşunun sabitliyi üçün mübarizə aparır. Yəni hər hansı xarici gen: bakteriya, virus, xərçəng hüceyrələri immunitetə hücum edir və məhv etməyə çalışır.

Bütün insanlar anadangəlmə immunitetə malikdir. Mikrobların nüfuz etməsinə dərhal reaksiya verir və onlar üçün "yaddaş" yaratmır. Bir yaradan gələn iltihab onun təzahürüdür. Növbəti dəfə anadangəlmə immunitet yaranın içindəki bakteriyalara necə davranacağını "xatırlamadan" və yerindəcə hərəkət etmədən eyni şəkildə reaksiya verəcək.

Əldə edilmiş immun sistemi dərhal hərəkət tələb olunan daha ciddi infeksiyalara qarşı mübarizə aparmaq üçün lazımdır. O, patogenin hər bir növünə qarşı fərqli reaksiya inkişaf etdirir. Odur ki, immunitetin infeksiyanı öyrənməsi üçün vaxt tələb edilir.

Xarici patogenlərə qarşı ilk olaraq xüsusi hüceyrələrimizdəki neytrofillər və makrofaqlar mübarizə aparır. Virusları, bakteriyaları udur və həzm edir, sonra səthində xarici DNT hissəciklərini buraxırlar. Beləliklə, makrofaqlar bədənin digər hüceyrələrini məhv edilmiş bakteriya və ya virusların quruluşu ilə tanış edir. Hüceyrələr antigenin neytrallaşdırılması üçün lazım olan xüsusi zülallar - antikorlar qəbul edir. Proses bir neçə həftə çəkə bilər. Hüceyrələr lazımlı antikorları seçdikdən sonra onları fəal şəkildə təcrid etməyə başlayır. Antikorlar bədənə yayılır və virusu harada olursa olsun öldürür. Eyni zamanda hüceyrələrimizin bir hissəsi "yaddaş hüceyrələrinə" çevrilir. Heç bir şeyi sintez etmirlər, sadəcə məğlub olduqları infeksiya haqqında məlumat daşıyırlar. Eyni infeksiya bədənə daxil olarsa "yaddaş hüceyrələri" bakteriya və ya virusla mübarizə üçün hansı antikorların lazım olduğunu immunitetə bildirəcək. Bu immunitetin formalaşmasıdır.

Peyvəndlər eyni prinsip üzərində işləyir - bədənə xəstəliyə səbəb ola bilməyən xüsusi gərginləşdirilmiş virus vurulur. Ancaq immunitetin onu öyrənməsi və "yadda saxlaması" kifayətdir. Odur ki, peyvənd vurulmuş bir insanın virusa yoluxması və ya çox asanlıqla xəstələnməsi ehtimalı azdır, immunitet dərhal yad cismlərə hücum edir. Bəzi xəstəliklərdən və ya qızılca xəstəliyinə qarşı peyvənddən sonra, məsələn, immunitet ömürlük qalır.

Bütün bunlar bakteriya və ya virus dəyişməzsə təsirli olur. Mutasiyalar antigenlərini dəyişdirdikdə antikorları artıq uyğun deyil. İmmunitet yenidən xəstəliyin törədicisini "tanımır". Təəssüf ki, koronavirus tez mutasiya edir və bu əsas problemdir. Bu cür infeksiyalara qarşı hər il virusun dəyişikliklərini nəzərə alaraq yeni peyvənd hazırlamaq lazımdır./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.