Dünya

"Real"-ın stadionunda koronavirusla mübarizə üçün lazım olan dərmanlar saxlanacaq

27 Mart 2020 21:54
0 Şərh     Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi "Santyaqo Bernabeu" koronavirus pandemiyası ilə mübarizə üçün lazım olan dərmanların saxlanmasına şərait yaradacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stadionda müxtəlif təşkilatların və müəssisələrinin ianə etdiyi dərmanlar toplanacaq.

"Biz İspaniyanın Milli İdman Şurası (SCD) ilə birlikdə Madriddə COVID-19 pandemiyasına qarşı mübarizədə istifadə ediləcək strateji tibbi ləvazimatların tədarükü və paylanması üçün bir layihəyə başlayırıq. Bu, mövcud fövqəladə vəziyyətdə ehtiyac duyulan resursların ən yaxşı və ən səmərəli şəkildə istifadə edilməsi üçün əlimizdən gələni edəcəyik", - məlumatda belə deyilir.

Qeyd edək ki, bir necə gün əvvəl "Real Madrid" klubunun rəhbərliyi ianələr toplanmasının başlandığını elan etmişdi. Toplanan bütün vəsait İspaniya Səhiyyə Nazirliyinə göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.