Dünya

ABŞ-ın bütün qərb sahili boyunca fövqəladə vəziyyət elan edilib

9 Mart 2020 08:02
0 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oreqon ştatında fövqəladə vəziyyət elan edildi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Oreqon ştatının qubernatoru Keyt Braun martın 8-də yeni növ koronavirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini bildirib. Hazırda ştatda koronavirusun yeni növünə (COVID-2019) 14 yoluxma hadisəsi qeydə alınıb.

Fövqəladə vəziyyətin müddəti 60 gün davam edəcək.

Daha əvvəl Vaşinqton və Kaliforniya ştatları hakimiyyəti analoji tədbirlərə əl atmışdı və beləliklə, qərb sahilində hər üç ştatda artıq fövqəladə vəziyyət tətbiq olunur.

Ümumilikdə, ABŞ-da koronavirusa 400-dən çox yoluxma halları qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.