Dünya

Çində koronavirusdan ölənlərin sayı 633-ə çatıb

7 Fevral 2020 08:12
0 Şərh     Baxış: 1 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində yeni növ koronavirusa yoluxanların sayı 30,6 mini keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni növ virusadan ölənlərin sayı 633 nəfərə çatıb.

Fevralın 6-da 28 min nəfərin virusa yoluxduğu, 563 nəfərin öldüyü bildirilirdi.

Çinin Xubey əyalətində 2019-nCoV yeni virusun törətdiyi pnevmoniyadan ölənlərin sayı 69 nəfər artaraq 618-ə çatıb.

Qeyd edək ki, ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.