Gəncədə özəl uşaq bağçaları ilə bağlı narazılıqlar artır – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə şəhərində fəaliyyət göstərən özəl uşaq bağçalarında nəzarətin zəif olması valideynlərin ciddi narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, Gencexeber.az-a müraciət edən bir çox valideyn son aylarda bağçalarda uşaqlar arasında zorakılıq və aqressiya hallarının artdığını, lakin əməkdaşların bu situasiyalara vaxtında müdaxilə etmədiyini bildirir.
Valideynlərin sözlərinə görə, müxtəlif səbəblərdən övladlarını dövlət bağçalarına yerləşdirə bilməyən ailələr məcburiyyət qarşısında qalaraq özəl müəssisələrə üz tuturlar. Lakin aylıq yüksək ödənişlərə baxmayaraq, davranış nəzarəti və təhlükəsiz mühitin yaradılması kimi əsas tələblər bir çox özəl bağçada təmin edilmir.
İki övladı olan Gəncə sakini bildirib ki, dövlət bağçasında uşaqlar arasında hər hansı xoşagəlməz hal yaşanan zaman əməkdaşlar dərhal müdaxilə edir, problemi araşdırır və uşaqlarla ayrıca məşğul olur. Lakin özəl bağçaya gedən digər övladı dəfələrlə həmyaşıdlarının zorakılığına məruz qaldığı halda, bağça rəhbərliyi tərəfindən lazımi tədbirlər görülməyib.
Bir neçə gün əvvəl Eminbəyli küçəsi 28 ünvanında yerləşən "Kuki Kids" uşaq bağçasında yaşanan hadisə də narazılığı artırıb. Valideynin dediyinə görə, 4 yaşlı uşağı iki həmyaşıdı tərəfindən döyülüb. Təqdim edilən görüntülərdən aydın olur ki, hadisə zamanı otaqda nə tərbiyəçi, nə baxıcı, nə də digər nəzarətçi olub. Uşaqlar arasında yaranan konfliktə heç bir müdaxilə edilməyib.
Şikayətçi valideyn bildirib ki, bu, ilk belə hal deyil və övladı artıq psixoloji travma yaşamağa başlayıb. Onun sözlərinə görə, bağça rəhbərliyinə dəfələrlə müraciət etsə də, problemin həlli üçün ciddi addımlar atılmayıb:
"Uşağın valideyni ilə danışıb üzr istədilər, amma bununla məsələ bitmir. Övladım dəfələrlə yıxılıb, vurulub. Başı stola dəyə bilərdi. Hər dəfə də nəzarətçi öz yerində olmur."
Valideyn həmçinin iddia edib ki, özəl bağçalarda fəaliyyət göstərən psixoloqlar zorakılığa meylli uşaqlarla fərdi şəkildə işləmirlər. Onlar ümumi qrupdan ayrılmır, davranışlarının korreksiyası üçün xüsusi məşğələlər keçirilmir.
Valideynlər aidiyyəti qurumlardan özəl bağçalarda nəzarətin gücləndirilməsini və təhlükəsizliklə bağlı boşluqların aradan qaldırılmasını tələb edirlər.
Milli.Az
XƏBƏR LENTİ
-
Üç bürcə noyabrın ortalarına qədər ciddi xəbərdarlıq
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı





