Ölkə

Bir sıra yaşayış məntəqələrində işiq olmayacaq

19 Noyabr 2025 09:30
Baxış: 276
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 19 noyabr tarixində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri aparılacaq.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.