15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsində yaşayış binasının həyətində baş verib.
Şahidlər deyirlər ki, hər iki şəxs orda yaşamayıb. Onların yeni Yasmalda qaldıqları bildirilir. Amma buna baxmayaraq onlar gəlib həmin söhbətgahda əyləşirmişlər.
Əraziyə Təcili Tibbi Yardım çağırılıb. TƏBİB-dən bildirildi ki, 15 yaşlı şəxs sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş - deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən bildirdi ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü yeniyetmə saxlanıb. Rayon prokurorluğunda faktla bağlı cinəyət işi başlanıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az





