Hövsan Yaşayış Kompleksinin I və II mərhələlərində, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax və Binəqədi yaşayış komplekslərində ümumilikdə 627 mənzil satışa çıxarılacaq.
Milli.Az xəbər verir ki, daha çox maraq göstərilən ərazilərdən biri Binəqədidir.
Belə ki, Binəqədi Yaşayış Kompleksində yerləşən 204 mənzil satışa çıxarılacaq. Kompleksdə təqdim olunan studio tipli mənzillər 48 120 manat, 2 otaqlı mənzillər 69 240 manat, 3 otaqlı mənzillər 87 480 manat, 4 otaqlı mənzillərin isə qiyməti 118 800 manatdan başlayır.
Satışa çıxarılan mənzillər 3, 4, 6 və 7 saylı binalarda yerləşir. Hər bina 9 mərtəbəlidir və 2 girişə malikdir. Mənzillərin daxili sahəsi 40.1 m²-dən 114.6 m²-dək, xarici sahəsi isə 50.8 m²-dən 138.2 m²-dək dəyişir.
Mənzillər həm ipoteka krediti, həm də şəxsi vəsaitlə əldə edilə bilər.
Kompleks üzrə mənzillər 4% illik faiz dərəcəsi ilə 3 ildən 30 ilə qədər olan müddətə güzəştli ipoteka krediti əsasında təqdim olunur.
Aylıq ödənişlər mənzilin minimal ilkin ödənişi edildikdən sonra hesablanır və aşağıdakı kimidir:
- Studio tipli mənzillər - 207 manat
- 2 otaqlı mənzillər - 298 manat
- 3 otaqlı mənzillər - 376 manat
- 4 otaqlı mənzillər - 477 manat
Kompleksin ərazisində 80 yerlik 1 uşaq bağçası və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub. Sakinlərin avtomobillərinin saxlanması üçün ərazidə avtodayanacaqlar nəzərdə tutulub. Həmçinin məhəllə daxili yollarda velosiped yolları salınıb.
Qeyd edək ki, satış 3 dekabr 2025-ci il saat 11:00-da start götürəcək və 12 dekabr 2025-ci il saat 11:00-dək davam edəcək.
Aylığı 236-477 manat olan güzəştli mənzilləri necə almaq olar? - İZAH
Mina Mikayılova
Milli.Az





