İdman

“Dili mükəmməl bilməsəm də...” - Şahruddin tənqidlərə cavab verdi

19 Noyabr 2025 00:11
Baxış: 269
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ona ünvanlanan tənqidlərlə cavab verib.

Milli.Az xəbər verir ki, təcrübəli qolkiper bu barədə instaqram hesabında paylaşım edib.

"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır", - deyə o, bildirib.

Qeyd edək ki, Ş. Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan (3:1) sonra jurnalistlərə açıqlamasında Azərbaycan dilində səlis danışa bilməməsi səbəbindən sosial şəbəkələrdə tənqid olunmuşdu.

Onu da bildirək ki, həmin matçda zədələnən qapıçı 2-3 ay meydanlardan uzaq qalacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.