Cəmiyyət

Taksi sürücüsü sükan arxasında yatdı - "Plan 150 manatdır"

18 Noyabr 2025 11:00
Baxış: 481
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hava limanında çəkilən görüntülər geniş müzakirələrə yol açıb.

Milli.Az xəbər verir ki, maşının içərisində yatan sürücünü lentə alan şəxs taksi sürücülərinin çox işləməsindən şikayətlənib.

"Planı etmisiniz 150 manat, səhər 8-dən axşam 10-a kimi işləyirlər yorulurlar", - deyə videonu çəkən şəxs gileylənib.

O bildirib ki, yorğun şəxslərin yola çıxması hər birimiz üçün təhlükəlidir.

Qeyd edək ki, bir müddət əvvəl bəzi taksilərin hava limanı ərazisindən müştəri götürməsinin qadağan edilməsi ilə bağlı məsələ gündəmdə idi. Sonradan məsələ ilə bağlı dəyişiklik olundu, bəzi taksi şirkətləri yeni qaydalarla işləməyə başladı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.