Şou-biznes

Bir zamanların məşhur aktyoruna şizofreniya diaqnozu qoyuldu - FOTOlar

18 Noyabr 2025 23:45
Baxış: 441
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeşilçam filmlərinin tanınmış aktyorlarından Necati Bilgiçə şizofreniya diaqnozu qoyulub. Uzun müddətdir səhhətində ciddi problemlər yaşayan sənətçin hazırda Bursada qocalar evində qalır. Sosial şəbəkələrdə yayılan son görüntüləri isə sevənlərini kədərləndirib.

Milli.Az xəbər verir ki, 72 yaşlı Necati Bilgiçin bir müddətdir psixoloji problemlər yaşadığı və həkimlər tərəfindən ona şizofreniya diaqnozu qoyulduğu açıqlanıb. Aktyorun 2016-cı ildə açıq ürək əməliyyatı keçirdiyi, bundan sonra səhhətində geriləmə başladığı bildirilir.

Usta aktyorun izləyicisi tərəfindən çəkilən və sosial mediada yayılan fotoları geniş müzakirəyə səbəb olub. Onun xeyli yaşlanmış və zəifləmiş görüntüsü pərəstişkarlarını kədərləndirib. 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.