Tramp özündən çıxdı: “Dəhşətli insansan, üz qarasısan”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlmanı Ağ Evdə qəbul etdikdən sonra brifinq keçirib. Jurnalist ondan milyarder Cefri Epşteynlə bağlı sənədlərdə adının keçdiyi ilə bağlı məsələyə aydınlıq gətirməsini istəyib. Tramp jurnalisti "Dəhşətli bir insan, pis jurnalistsən. Üz qarasısan" sözləri ilə tənqid edib və ABC telekanalının "yayım lisenziyasının ləğv edilməli olduğunu" bildirib.
Milli.Az xəbər verir ki, mətbuat brifinqində jurnalist Trampa fahişəlik şəbəkəsi qurmaqda ittiham edilən və 2019-cu ildə həbsxanada ölü tapılan Cefri Epşteynə aid məhkəmə sənədlərində adının keçib-keçmədiyi haqqında sual ünvanlayıb. Sual Trampı qəzəbləndirib.
Trump jurnalistə belə cavab verib: "Siz yalancı xəbər istehsal edirsiniz. Heç bir etibarlılığınız yoxdur. Gedin, Epşteynən pul alan demokratları araşdırın."
Cefri Epşteyn ən gənci 14 yaş olmaqla, çoxsaylı azyaşlı qızlara cinsi istismar və
fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuşdu.
2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropolitan Həbsxanasında kamerasında ölü tapılmışdı.
Epşteynə dair açıqlanan sənədlərdə bir sıra tanınmış şəxslərin adları yer alıb:
- Britaniya şahzadəsi Andrew
- ABŞ-nin sabiq prezidenti Bill Clinton
- Donald Tramp
- sabiq İsrail baş naziri Ehud Barak
- ABŞ-nin keçmiş vitse-prezidenti Al Gore
- aktyor Kevin Spacey
- müğənni Michael Jackson
- illüzyonist David Copperfield
- hüquqşünas Alan Dershowitz
- Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Richardson
Lakin FBI və ABŞ Ədliyyə Nazirliyinin birgə araşdırmasında "məşhurlardan ibarət gizli müştəri siyahısı"na dair heç bir dəlilə rast gəlinmədiyi, Epşteynin sui-qəsd nəticəsində deyil, sui-qəsd etməsi ilə bağlı nəticəyə varılmışdı.
ABŞ jurnalisti Tuker Karlson Epşteynin "İsrail üçün işlədiyini" və bunun Vaşinqtonda bilindiyini, sadəcə açıq şəkildə deyilmədiyini iddia etmişdi.
Wall Street Journal qəzeti isə Epşteynin keçmiş ortağı Ghislaine Maxwellin onun 50 illik yubileyi üçün dostlarından məktub topladığını və məktub yazanlardan birinin də Tramp olduğunu irəli sürmüşdü.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp İsrail xalqına müraciət etdi
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Tramp Məhəmməd adı ilə zarafat etdi
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
XƏBƏR LENTİ
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
-
Yavər Şıxəliyev vəfat etdi
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
"Qalatasaray"ı Fransada ordunun xüsusi təyinatlıları qoruyacaq
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
-
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
-
Sabah Astarada qaz olmayacaq
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq





