Şou-biznes

Çelik səhnədə yıxıldı - VİDEO

19 Noyabr 2025 00:24
Baxış: 375
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Hercai" və "Dilberim" kimi hitləri ilə tanınan türkiyəli müğənni Çelik son konsertində səhnədə çıxış edərkən yıxılıb.

Milli.Az xəbər verir ki, Çelik performansı zamanı ayağı rəqqasəsinə ilişərək tarazlığını itirib və yerə yıxılıb. Hadisəni görən tamaşaçılar qısa müddət panikaya düşsələr də, məşhur müğənni tez bir zamanda toparlanaraq konsertini davam etdirib.

Yaşadığı xoşagəlməz anı yumorla sosial media hesabında paylaşan Çelik, izləyicilərinə də çağırış edib: "Bəli, səhnədə yıxıldım. Müxbirlərdən əvvəl özüm paylaşım edim, bir az əylənək. Sizcə bu vəziyyət penalti sayılır? Ahmet müəllim bu işə nə deyər? Hər kəsdə bu anın videosu varsa, göndərin, hər baxış bucağından videonu birləşdirək. Mesajlarınızı gözləyirəm..."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.