Dünya

Bu ölkədə koronavirusa yoluxanların sayı 18-ə yüksəlib

5 Fevral 2020 08:52
0 Şərh     Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı sutka ərzində daha iki nəfər artaraq 18-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı xəbər verib.

Fevralın 4-ü ölkədə "2019-nCoV" virus daşıyıcılarının sayının 16 olduğu bildirilirdi.

İki yeni yoluxanlar 38 yaşlı kişi və 21 yaşlı gənc qızdır.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 490 nəfərə çatıb, 24 mindən artıq insan isə yoluxub.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.