Dünya

İranda avtobus aşdı: ölən və yaralananlar var

28 Yanvar 2020 09:35
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər saatlarında İranın İsfahan vilayətində Tehran-Şiraz avtobusu aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın İsfahan vilayətinin fövqəladə hallar və təcili yardım üzrə idarəsinin müdiri Qəfur Rastin deyib.

Q.Rastin bildirib ki, səhər saat 4:40-da qeydə alınan qəza nəticəsində 9 nəfər həlak olub.

Rastin qəzada 18 nəfər də yaralandığını bildirib və əlavə edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəbin sürücünün yuxulu olması göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.