Dünya

Türk donanması İsrail gəmisini ərazidən qovdu

15 Dekabr 2019 14:19
0 Şərh     Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail və Cənubi Kiprdən olan mütəxəssisləri daşıyan İsrailin "Bat Qalim" adlı araşdırma gəmisi Türkiyə Hərbi Dəniz Donanmasına aid bir gəmi tərəfindən Aralıq dənizinin şərqindən çıxarılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Kanal 13" telekanalının müxbiri Barak Ravid Tvitter hesabında yazıb.

Ravidin sözlərinə görə, Türkiyə donanmasına aid gəmi "Bat Qalimə" ərazidən uzaqlaşması barədə əmr verib. Müxbir iddia edir ki, hadisə zamanı gəmi Cənubi Kiprin ərazi sularında olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.