İsrail Tehrandakı Evin həbsxanasına hücum edib.
Milli.Az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində həbsxananın bir hissəsi dağılıb.
Hücum nəticəsində Prokurorluq və Məhkəmə binası da dağılıb.
Qeyd edək ki, Evin həbsxanasında əsas olaraq siyasi məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri cəza çəkir.
Milli.Az