Cəmiyyət

Şahin Bağırov onu idarə rəisi təyin etdi - FOTO

7 Yanvar 2026 19:20
Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti polkovniki Həmidli Vüqar Sabir oğlu təyin olunub.

O, 2003-cü ildən gömrük orqanlarında fəaliyyətə başlayaraq Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru, həmin idarənin İkitərəfli gömrük əməkdaşlığı şöbəsinin baş inspektoru, Beynəlxalq Əməkdaşlıq İdarəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və protokol bölməsinin rəisi, idarənin Protokol və xarici dövlətlərdəki nümayəndəliklərlə iş şöbəsinin rəisi, Beynəlxalq müqavilələrlə iş şöbəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifələrində xidmət edib.

Qeyd edək ki, bundan əvvəl həmin idarənin rəisi gömrük xidməti polkovniki Dilavər Fərzəliyev idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.