Cəmiyyət

"Qızlarınızı Bakıya göndərməyin, gəlib nə oyundan çıxdıqlarını GÖRÜN"

7 Yanvar 2026 09:55
Baxış: 13 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Space TV"də yayımlanan "Gəl danış" verilişində aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açıb.

Milli.Az xəbər verir ki, proqram zamanı aparıcı xüsusilə qızların bölgələrdə deyil, Bakıda ali təhsil almasını tənqid edib. O, paytaxtda tələbə gənclərin davranışları ilə bağlı narazılığını ifadə edərək bildirib ki, ölkənin müxtəlif regionlarında kifayət qədər ali təhsil müəssisəsi mövcuddur və valideynlər övladlarını yaşadıqları əraziyə yaxın universitetlərə yönəltməlidirlər.

Amil Xəlil çıxışında Bakıdakı tələbə mühitində müşahidə etdiyini iddia etdiyi mənfi hallardan danışıb, bölgə universitetlərinin isə haqsız yerə aşağı qiymətləndirildiyini vurğulayıb. O, valideynlərə müraciət edərək övladlarını göndərdikləri mühitə diqqət yetirməyə çağırıb və bölgələrdə yerləşən ali məktəblərin də keyfiyyətli təhsil verdiyini qeyd edib.

Aparıcının bu açıqlamaları sosial şəbəkələrdə və tamaşaçılar arasında birmənalı qarşılanmayıb, fikir müxtəlifliyi və müzakirələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.