Cəlilabad rayonunun Üçtəpə kəndində bədbəxt hadisə baş verib.
Milli.Az xəbər verir ki, kənd sakini, 23 yaşlı Şükran İsayevanın yaşadığı evin hamamında meyiti tapılıb. Onun dəm qazından zəhərlənərək öldüyü deyilsə də, mərhumun atası başqa ehtimalların olduğunu bildirir.
"Şükran günortadan sonra işə getmədi və evdə təmizlik edəcəyini bildirdi. Bir müddət sonra Təranə otağa gələrək Şükranın evdə olmadığını dedi. Həmin an onun hamamda ola biləcəyini düşündüm. Hamama 1-2 saniyəyə çatdım. Qapını açan kimi balamı o vəziyyətdə gördüm. Qucaqladım, rəngi ağappaq idi. Nəbzini yoxladım, hiss olunmurdu. Onu yuxarı qaldırdım, sinə masajı etdim, süni nəfəs verdim, amma reaksiya vermədi. Dəm qazından zəhərlənməyib, çünki hamamın pəncərəsi və qapısı açıq idi. Güman edirəm ki, ya ürəyi dayanıb, ya da başgicəllənməsi olub və arxası üstə yıxılıb", - deyə mərhumun atası bildirib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. (baku.tv)
Milli.Az





