Hadisə

Lənkəranda iki bacı dəm qazından zəhərləndi

7 Yanvar 2026 22:25
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az-ın verdiyi xəbərə görə hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Əliyeva və bacısı 1972-cı il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar.

Hər iki bacı ağır vəziyyətdə əraziyə çağırılan tibbi xidmət briqadası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaxınlarının sözlərinə görə vanna otağında odun sobası və üstündə buxar verən daşlar olub. Vanna otağında yaranan buxarın dəm qazı yaratdığı ehtimal olunur.

Onu da qeyd edək ki, Rəna Kərimovanın bacısı Firayə Əliyevanın evinə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.