Maraqlı

Azərbaycanlı ovçu 400 kq-lıq Nil timsahını OVLADI - VİDEO

7 Yanvar 2026 17:30
Baxış: 1 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli peşəkar ovçu Faiq Babanlı növbəti ov səfəri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, məlumata görə, Faiq Babanlı Nil timsahını ovlayıb. Ovlanan timsahın uzunluğu təxminən 3,5 metr, çəkisi isə 400 kiloqramdan artıq olub. Ən aqressiv timsah növlərindən biri sayılan Nil timsahını ovçunun çiyninə götürərək daşıması hadisəni izləyənlərdə böyük təəccüb yaradıb.

Qeyd edək ki, Nil timsahı Afrikanın ən iri timsah növü, dünyada isə duzlu su timsahından sonra ikinci ən böyük timsah hesab olunur. Bu növün erkəklərinin uzunluğu adətən 3,5-5 metr arasında dəyişir, nadir hallarda 6 metrdən artıq ola bilir. Çəkiləri isə 225-750 kiloqram, bəzi nəhəng fərdlərdə isə 1 tona qədər çatır.

Nil timsahları əsasən Nil çayı hövzəsində, eləcə də Afrikanın 26 ölkəsindəki çay, göl və bataqlıq ərazilərdə yaşayır. Onlar qidalanmada olduqca aqressivdir və balıqdan tutmuş zebraya, begemot balasına, hətta insana qədər müxtəlif canlılarla qidalanırlar.

Sözügedən ov sosial mediada da maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.