Rusiya

Rusiya yük təyyarələri Tehrana endi - Nə daşıyırlar?

7 Yanvar 2026 23:36
Baxış: 1 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya yük təyyarələri Tehrana eniş edib və İrandan xeyli miqdarda qızıl çıxarılıb.

Milli.Az xəbər verir ki, belə bir sensasiyalı iddia ilə britaniyalı deputat, təhlükəsizlik məsələləri üzrə sabiq kiçik nazir Tom Tugendhat çıxış edib.

Onun sözlərinə görə, bu, İran rəhbərliyinin hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərə bilər.

"Biz Rusiya yük təyyarələrinin Tehrana eniş etdiyini görürük, onların ehtimal ki, silah və sursat daşıdığı və İrandan külli miqdarda qızıl çıxarıldığı barədə məlumatlar alırıq", - o, bildirib.

Qeyd edək ki, İranda dolların kəskin bahalaşması və iqtisadi çöküşə görə kütləvi aksiyalar keçirilir. (Axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.