Bu gün metronun "N.Nərimanov" stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən şəxsin 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olması məlum olub.
Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az





