“Nərimanov”da ölən şəxsin kimliyi məlum oldu

7 Yanvar 2026 22:30

Bu gün metronun "N.Nərimanov" stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən şəxsin 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olması məlum olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az