Hadisə

Salyanda ağır qəza - 9 nəfər xəsarət aldı - YENİLƏNİB

8 Yanvar 2026 00:14
Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.

Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Müxtəlif xəsarətlər alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

-----------

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər xəsarət alıb

Milli.Az-ın məlumatına görə, sərnişin mikroavtobusu "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 9 nəfər; mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oqtay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.