Şou-biznes

"Arıqlamaq üçün iynə vurdurandan sonra gözüm görmədi"

7 Yanvar 2026 21:23
Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yayda arıqlamaq üçün iynə vurdurmuşdum. O iynəni vurdurandan sonra səhəri gün gözüm görmürdü".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "İncə səhər" verilişində deyib. O, arıqlamaq üçün vurduğu iynə səbəbindən gözlərində problem yarandığını vurğulayıb:

"10-15 gün də göz yaxşı görmürdü. İndi 67 kiloqramam. Əslində bu çoxdur, 10 kiloqram artıq kökəm. Kaş ki, 60 kiloqram olardım. Amma indi çəkisi 95 kiloqram olanların işi yaxşı gedir. İndi çəkiyə baxan yoxdur. Nə çəkiyə, nə mahnıya fikir verirlər. Əsas odur ki, varsan". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.