Hadisə

Cəbrayılda baş verən güclü yanğından görüntülər - YENİLƏNİB - VİDEO

8 Yanvar 2026 01:13
Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbərə video əlavə olunub.
-------------
Cəbrayıl rayonunda geniş miqyaslı yanğın başlayıb.

Milli.Az-ın xəbərinə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində başlayıb.

Daha sonra Füzuli rayon Qazaxlar və Mirzənağılılar kəndi ərazilərinə yayılıb. Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə 2 yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.